Modern.az

Özünü yandıran 2-ci qrup əlilin vəziyyəti hələ də ağırdır

Özünü yandıran 2-ci qrup əlilin vəziyyəti hələ də ağırdır

5 Fevral 2014, 16:15

“Nizami Xəlilov bu həftəni də mücadilə edə bilsə, inşallah gələn həftə nəsə yaxşı bir xəbər deyə biləcəyimə ümid edirəm”. Bunu Modern.az-a 5 saylı şəhər Klinik Xəstəxananın şöbə müdiri Vüqar Ələkbərov deyib. “Ümumi vəziyyəti ağır, stabil olaraq qalır. Yaxşıdır deyə bilmərəm, amma pisə doğru da getmir. Müalicəyə sarğılarla davam edirik. Hələ ki əməliyyat edilməməsinin səbəbi ümumi vəziyyətinin ağır, immunitetinin çox aşağı olmasıdır. Yanıqlar çox olduğuna görə, əməliyyat ona mənfi təsir edə bilər. Ölü toxumaları sarğılar vasitəsilə təmizləməyə çalışırıq”.

Qeyd edək ki, yanvarın 27-də səhər saatlarında 2-ci qrup əlil Nizami Kərimov Yevlax rayon Sosial Müdafiə Mərkəzinin qarşısında intihara cəhd edib.

 

  Gülşən Raufqızı  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU