Modern.az

Rusiyalı həmsədr: “Azərbaycan və Ermənistan prezidentlərinin görüş vaxtı dəqiqləşməyib”

Rusiyalı həmsədr: “Azərbaycan və Ermənistan prezidentlərinin görüş vaxtı dəqiqləşməyib”

5 Fevral 2014, 16:18

Ermənistanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri xarici işlər naziri Edvard Nalbanyanla görüşüblər. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüş sonrası Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov jurnalistlərə açıqlama verib.  O, Azərbaycana səfərlərini şərh edərkən qeyd edib ki, Minsk Qrupu olaraq rəsmi Bakını atəşkəsi pozmamağa çağırıblar. Rusiyalı həmsədr Azərbaycan və Ermənistan dövlət başçılarının görüşəcəyi barədə sualı isə belə cavablandırıb: “Bu haqda danışmaq hələ tezdir”.

 

 

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU