Modern.az

“Camal LTD”-də aşkarlanan qanunsuzluqlarla bağlı cinayət işi açıldı

“Camal LTD”-də aşkarlanan qanunsuzluqlarla bağlı cinayət işi açıldı

5 Fevral 2014, 16:57

Bakı şəhərində fəaliyyət göstərən “Camal LTD”-nin satış meneceri Cavidan Nurəhmədovun qanunsuz hərəkətləri barədə Baş prokuror  yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş material araşdırılıb. Bu barədə Modern.az saytına prokurluqdan məlumat verilib.

Prokurorluqdan bildirilib ki, araşdırma zamanı C.Nurəhmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cəmiyyətə məxsus dondurma məhsullarının satışından qəbul etdiyi 25.9 min manat məbləğində vəsaiti müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəməsində və bununla da cəmiyyətə külli miqdarda ziyan vurmasında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə)  maddələri ilə cinayət işi başlanılıb.  

 

Hazırda iş üzrə istintaq davam etdirilir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU