Modern.az

Ata və anasını öldürən oğlana ömürlük CƏZA VERİLDİ

Ata və anasını öldürən oğlana ömürlük CƏZA VERİLDİ

Aktual

23 Aprel 2025, 13:26

Sumqayıtda ata və anasını öldürməkdə təqsirləndirilən Fikrət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Modern.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nürəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Fikrət Məmmədov ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Xatırladaq ki, hadisə ötən ilin aprel ayında baş verib. 24 yaşlı Fikrət Məmmədov aralarında yaranmış mübahisə zamanı 62 yaşlı atası Hakim Məmmədov və anası Zərifə Məmmədovanı bıçaqlayaraq öldürüb.

Qeyd edək ki, təqsirləndirilən Fikrət Məmmədova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9- cu maddələri ilə ittiham irəli sürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?