Modern.az

Ekskavator sürücüsünün həbs müddəti UZADILDI

Ekskavator sürücüsünün həbs müddəti UZADILDI

Aktual

23 Aprel 2025, 13:30

Vətəndaşın evinin qanunsuz sökülməsi ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətində ekskavator sürücüsü işləyən Qala Eynullayev barəsində olan həbs qətimkan tədbiri uzadılıb.

Modern.az məlumatına görə, bu barədə qərar Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında verilib.

Qərara əsasən, onun barəsində həbs qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb.

Xatırladaq ki, ötən ay Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov və həmin şirkətdə ekskavator sürücüsü işləyən Qala Eynullayev saxlanılıb. Daha sonra onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 186.2.1(özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma) maddəsi ilə ittiham verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?