Modern.az

Təqaüd "düzəldən" dələduz həbs edildi

Təqaüd "düzəldən" dələduz həbs edildi

Aktual

23 Aprel 2025, 15:10

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilən, əvvəllər məhkum olunmuş 41 yaşlı Rasim Yusubov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, o, zərərçəkənləri işlə təmin etmək və təqaüd təyin etdirmək barədə yalan vədlər verərək aldadıb. Dələduzluq yolu ilə Cəlilabad və Masallı rayon sakini olan 8 nəfərin müxtəlif məbləğlərdə pulunu ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə R.Yusubov barəsində həbs qətimkan tədbiri seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama