Modern.az

Azərbaycan FİFA-ya etiraz məktubu yazdı: “DQR”in çempionatda iştirakı qanunsuzdur

Azərbaycan FİFA-ya etiraz məktubu yazdı: “DQR”in çempionatda iştirakı qanunsuzdur

Təhsil

6 Fevral 2014, 11:48


AFFA İsveç Futbol Federasiyası və FİFA-ya etiraz məktubu göndərib. Bu haqda AFFA-dan Modern.az saytına məlumat verilib.

Məlumatda deyilir: “2014-cü il iyunun 1-dən 8-dək İsveçdə tanınmamış Futbol Assosiasiyaları Konfederasiyası (ConİFA) tərəfindən tanınmamış dövlətlər arasında 1-ci dünya çempionatının keçiriləcəyi barədə məlumat yayılıb. Turnirdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın da yığma komandasının iştirak edəcəyi məlumatda öz əksini tapıb. Bununla əlaqədar Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tanınmamış Futbol Assosiasiyaları Konfederasiyasına məktubla müraciət edərək qondarma Dağlıq Qarabağ Respublikasının Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan torpaqlarında elan olunduğunu, bu respublikanın heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmadığını qeyd edib, tanınmamış dövlətlər arasında 1-ci dünya çempionatında zəbt olunmuş Azərbaycan ərazilərini təmsil edən komandanın iştirakını qəti şəkildə pisləyib və buna kəskin etirazını bildirib”.

Qeyd edək ki, İsveçdə bu ilin iyun ayında separatçı rejimlərin futbol çempionatı keçiriləcək. Turnirə Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış separatçı “Dağlıq Qarabağ Respublikası” nın futbol üzrə “milli komanda”sı da dəvət olunub.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU