Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru Rəhilə Quliyeva vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
"Rəhilə Quliyeva təkcə alim və müəllim kimi deyil, həm də yüksək insani keyfiyyətləri ilə seçilən ziyalı, nüfuzlu şəxsiyyət kimi hər zaman xatırlanacaqdır", - universitetdən bildirilib.