Modern.az

Azərbaycanla Özbəkistan arasında hərbi əməkdaşlıq müzakirəsi

Azərbaycanla Özbəkistan arasında hərbi əməkdaşlıq müzakirəsi

Aktual

25 Aprel 2025, 11:36

Bakıda Azərbaycan və Özbəkistan Müdafiə Nazirlikləri nümayəndə heyətləri arasında işçi görüş keçirilib.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, cari il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən keçirilən tədbirdə Müdafiə Nazirliyi Hərbi Strategiya və Müdafiə Planlaşdırması İdarəsi tərəfindən qonaqlara Azərbaycan Ordusunda müdafiə planlaşdırılması sahəsində görülən işlər və bu istiqamətdə həyata keçirilən layihələrin idarə olunması ilə bağlı geniş brifinq təqdim olunub.
Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb. Yekunda qarşılıqlı olaraq hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi