Modern.az

Pakistan Hindistandan istənilən hücuma cavab verəcək

Pakistan Hindistandan istənilən hücuma cavab verəcək

Dünya

25 Aprel 2025, 12:12

Dünya ictimaiyyəti İslamabad və Yeni Dehli arasında münaqişənin kəskinləşməsindən ehtiyatlı olmalıdır.

Modern.az xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif "Sky News"a deyib.

O, iki ölkə arasında münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalını da dəyərləndirib.

“İki nüvə dövlətinin toqquşması həmişə narahatvericidir... Əgər bir şey səhv olarsa, bu qarşıdurma faciəvi şəkildə bitə bilər”, - Xavaca Asif vurğulayıb.

Nazir qeyd edib ki, Pakistan Hindistandan istənilən hücuma eyni şəkildə cavab verəcək.

Eyni zamanda, o, münaqişənin diplomatik yolla həllinə ümid edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum