Modern.az

Həccə sənəd qəbulunun müddəti UZADILDI

Həccə sənəd qəbulunun müddəti UZADILDI

Mədəniyyət

25 Aprel 2025, 13:04

Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti yenidən uzadılıb.

Modern.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib ki, qeydiyyat mayın 10-da başa çatacaq.

Vüsal Cahangirinin sözlərinə görə, 1200-1300 nəfərlik kvotanın 96 faizindən çoxu dolub.

Qeyd edək ki, ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Bu il Həcc ziyarətinin 5 950 ABŞ dollarına başa gələcəyi açıqlanıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu