Modern.az

Əvəz Zeynallı həbsdən AZAD EDİLDİ

Əvəz Zeynallı həbsdən AZAD EDİLDİ

Ölkə

25 Aprel 2025, 16:26

"Xural” internet telekanalının rəhbəri Əvəz Zeynallının səhhətinə görə həbsdən azad edilməsi ilə bağlı müraciətə baxılıb.

Modern.az xəbər verir ki, qərar Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirli tərəfindən verilib.

Qərara əsasən, Əvəz Zeynallı və müdafiəçisinin vəsatəti təmin edilib.

Əvəz Zeynallı cəzasının çəkilməmiş hissəsindən azad edilib. O, saxlanıldığı cəzaçəkmə müəssisəsindən dərhal azad ediləcək.

Ə.Zeynallı prosesdə iştirak etməyib, həbsxanadan onlayn qoşulub.

Xatırladaq ki, Əvəz Zeynallı bir müddət əvvəl xərçəng xəstəliyinə yoluxub.

O, ötən ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətə azadlıqdan məhrum edilib.

Ə.Zeynallı, Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə təqsirli bilinib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI