Modern.az

ATƏT Seçki Məcəlləsi ilə bağlı müzakirələrə yenidən başlaya bilər - Bakı ofisi

ATƏT Seçki Məcəlləsi ilə bağlı müzakirələrə yenidən başlaya bilər - Bakı ofisi

6 Fevral 2014, 13:30

“Bakıda ATƏT-in layihə əlaqələndiricisi fəaliyyətə başlamayıb. Büdcə müzakirələrini gözləyirik”. Bunu Modern.az-a ATƏT-in Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov bildirib. O, Bakı ofisinin Seçki Məcəlləsinin dəyişdirilməsi  ilə bağlı iqtidarla müzakirələrin aparılma perspektvi barədə sualı  cavablandırarkən deyib.

“Bundan sonra biləcəyik ki, hansı sahədə fəaliyyət göstərəcəyik. İndidən nəsə demək düzgün deyil”. Bununla yanaşı R. Hüseynov bildirib ki, amma bu, Seçki Məcəlləsi ilə bağlı danışıqlara son vermək demək deyil.

“Hazırda bu istiqamətdə iş aparılmır. Amma bu, Seçki Məcəlləsi ilə bağlı danışıqlara son vermək demək deyil”-deyə ATƏT-in Bakı ofisinin nümayəndəsi bildirb.

İlkin

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU