“Yeni təşkilatın qurulması ilə bağlı işlərimizi davam etdiririk. Biz seçkiyə hazırlaşmırıq. Amma gələcəkdə rayon təşkilatından kimsə seçkiyə qatılmaq istəyərsə, etiraz etməyəcəyik”.
Bunu Modern.az-a “Xalq arzusu” Hərəkatının yaradıcısı Asəf Quliyev deyib. O bildirib ki, hərakat üçün seçki məsələsi arxa plandadır: “Təşkilatla bağlı gördüyümüz işləri cəmiyyətə çatdırmaqla reklam qazanmaq fikrimiz yoxdur. Zamanında təşkilatın gücünü göstərəcəyik. Cəmiyyətdə milli ideologiyanın, düşüncənin formalaşması, siyasi aktivliyin yüksəldilməsi ilə bağlı işlər görürük. Ola bilər, gələcəkdə müəyyən mərhələdə seçkidə, siyasi proseslərdə aktiv iştirak etmək kimi qərarlar qəbul edək. Konkret olaraq, bələdiyyə seçkilərində iştirak etməyəcəyik. Parlament seçkilərinə də hələ xeyli müddət var. Həm də bu cür keçirilən seçkilərdə iştirak etməyin heç bir əhəmiyyəti yoxdur”.
İlkin