Modern.az

Modern.az “Gənclər Evinin Dostu” adına layiq görülüb-FOTOLAR

Modern.az “Gənclər Evinin Dostu” adına layiq görülüb-FOTOLAR

6 Fevral 2014, 14:59

Bu gün “Gənclər Evi”nin rəsmi internet saytı və “Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı” İctimai Birliyin, Gənclər Evi ilə birgə həyata keçirdiyi “Distant Təlim: Paytaxtdan Regionlara”adlı layihəsinin təqdimat mərasimi keçirilib.

Tədbirdə Dünya Türk Gənclər Birliyinin sədri Əkrəm Abdullayev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Koreya Respublikasının keçmiş təhsil nazirinin müavini professor Kyunq Kim, Halli Universitetinin professoru Sojunq Canq və bir sıra gənclər təşkilatları iştirak edib. “Gənclər Evi”nin internet saytında bir çox məlumatlarla yanaşı, işğal olunmuş torpaqların tarixləri də qeyd olunub. “Distant təlim: Paytaxtdan Regionlara” layihəsinin keçirilməsində məqsəd gənclərin sosial inkişafını dəstəkləmək, real aləmdə kurslara gedə bilməyən regionlardakı gənclərin paytaxtdakı kurslardan virtual aləmdə faydalanmalarını təşkil etməkdən ibarətdir. Azərbaycanda təqdim olunacaq və “Gənclər Evi”nin pilot seçildiyi, “ Smart Class ” sistemi barədə də məlumat verilib.

Qeyd edək ki, tədbirdə “Gənclər Evi”nə dəstək olan mətbuat üzvləri, eləcə də Modern.az saytı “Gənclər Evinin Dostu” adına layiq görülüb.

 

 

Ulduz İbrahimova

Rafiq Qənbərov

 
Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU