Modern.az

Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edildi

Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edildi

Aktual

26 Aprel 2025, 15:49

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, “VAZ” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan İlkin Əhmədov saxlanılıb.

Modern.az xəbər verir ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Əhmədov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi