Modern.az

Nazir polkovniki qərargah rəisi təyin etdi - FOTO

Nazir polkovniki qərargah rəisi təyin etdi - FOTO

Aktual

26 Aprel 2025, 16:38

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub.

Modern.az Manset.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini, polkovnik İntiqam Axundlu həmin xidmətin qərargah rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, xidmətin əvvəlki rəisi, general-leytenant Etibar İsmayılov bir müddət öncə təqaüdə göndərilib. Hazırda onu müvəqqəti olaraq FHN-in Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsinin alay komandiri, polkovnik Xaliq Hüseynov əvəz edirdi. 

 

1431785

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi