Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətindən bildirilib.
Araşdırma DİN-in nəzarətinə götürülüb.
***
20:49
Bakının Maştağa qəsəbəsində itkin düşən iki qız tapılıb.
Modern.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışa aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.
Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.