Modern.az

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Aktual

27 Aprel 2025, 20:28

Sabah Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, 159 mm və 50 mm borular korroziyaya uğradığı üçün yeraltı xətlərin yerüstü xətlərlə dəyişdirilməsi ilə əlaqədar rayonun Cəhri qəsəbəsi, Gülşənabad, Payız, Aşağı Buzqov, Yuxarı Buzqov və Kərməçataq kəndlərində saat 09:00-dan qaz təchizatı dayandırılacaq.

 

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi