Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Soçidə keçiriləcək 22-ci Qış Olimpiya oyunlarının açılış mərasimində iştirak etmək üçün sabah Rusiyaya səfər edəcək. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, Ərdoğan səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putin ilə təkbətək görüşəcək. Baş nazirin Olimpiya oyunlarının açılış mərasimində iştirak edəcək liderlərdən bəziləri ilə görüşəcəyi istisna olunmur.
Modern.az