Modern.az

Nazirlik Gənclər Günü ilə əlaqədar hesabat verdi

Nazirlik Gənclər Günü ilə əlaqədar hesabat verdi

6 Fevral 2014, 16:23

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Modern.az-a verdiyi məlumata görə, 2011-2015-ci illəri əhatə edən proqram çərçivəsində bir sıra xüsusi əhəmiyyət kəsb edən proqramlar həyata keçirilir. Prezidentin müvafiq fərmanları ilə Azərbaycan Gənclər Fondu yaradılıb və fəaliyyətini müasir tələblər üzrə qurub, Gənclər üçün Prezident mükafatı təsis edilib. Gənclər siyasətinin infrastrukturu yaradılır: 23 şəhər və rayonda “Gənclər evi” inşa edilib, daha 14-nün tikintisinə başlanıb.

Gənc kadrlarla bağlı məlumat bankları yaradılıb, ölkədə intellektual klubların sayı artır, bu hərəkat regionlarda da genişlənir. İKT sahəsində marağı artıran müxtəlif tədbirlər həyata keçirilir – oyun yarışması, proqramçıların olimpiadaları, kompüter oyunlarının hazırlanması. Azərbaycanın qədim və ən yeni hərb tarixini tanıtmaq üçün “Odlar yurdu” və “İşğal altında - Ağdam”, “İşğal altında - Şuşa” kompüter oyunları hazırlanıb”.

“Azərbaycanın əsas və başlıca problemi olan Qarabağ məsələsinin həllinə öz töhfəsini vermək məqsədilə tarixi ərazimizin mədəniyyəti və adətləri, musiqisi və ədəbiyyatı, hərbi və sülhü haqqında materialların toplusu olan  Virtual Qarabağ portalı yaradılıb. Bir neçə dildə məlumat verən portalın daim dolğunlaşması və təkmilləşdirilməsi gənclərin qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti ilə aparılır”.

 

 

  Gülşən Raufqızı  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU