Modern.az

Eldar Namazova görə Milli Şuradan getdi

Eldar Namazova görə Milli Şuradan getdi

6 Fevral 2014, 17:37

“Azəri-Talış” Birliyinin sədri, “El” Hərəkatının sədr müavini Mehdibəy Səfərov Milli Şuradan istefa verib.  Modern.az-ın məlumatına görə, M.Səfərov istefasının səbəblərinə aydınlıq gətirib: “Milli-etnik ayrı-seçkiliyə yönəlik çağırışlar edən və təklif etdiyim müstəqil fikirlərə dözümsüzlük göstərərək, məni və mənsub olduğum xalqı təhqir edən bəzi insanlar MŞ-nın Koordinasiya Şurasında təmsil olunublar. Dəfələrlə bu barədə şifahi, eləcə də yazılı müraciətlər etsəm də, MŞ rəhbərliyi tərəfindən bu xüsusda heç bir əməli tədbir görmədi.  

Təəssüflər olsun ki, fundamental insan hüquq və azadlıqlarının qorunması ilə bağlı MŞ-dan gözləntilərim özünü doğrultmadı.

Mən, Eldar Namazovun “EL” Hərəkatındakı ciddi iş qrafiki ilə əlaqədar yaranmasında müstəsna zəhməti olan Milli Şuradakı fəaliyyətinə xitam verməsindən sonra, ona qarşı sərgilənən qərəzli və aşağılayıcı ifadələri də bu sıraya aid edirəm. 

Qeyd etdiyim məsələləri əsas gətirərək, artıq Milli Şurada fəaliyyətimi mümkünsüz hesab edirəm”.

 

İlkin Pirəli  
Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU