Modern.az

Cümhuriyyət Xalq Partiyasının lideri məhkəməyə verildi

Cümhuriyyət Xalq Partiyasının lideri məhkəməyə verildi

Təhsil

6 Fevral 2014, 17:46

2013-cü il dekabrın 17-də keçirilən əməliyyat zamanı həbs olunan iş adamı Rza Zəərab vəkili Seydə İldırım Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu haqqında “təhqir” və “böhtan” iddiası ilə 100 min lirəlik mənəvi təzminat iddiası açdıqlarını bildirib. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, bundan əlavə Kılıçdaroğlu haqqında cinayət işi açılması da iddiada yer alıb.

Rza Zərrabın vəkilinin sözlərinə görə, CXP lideri Kamal Kılıçdaroğlu fevralın 6-da qatıldığı bir televiziya proqramında “içəridə məhbus olan İran əsilli Zərrab. Buna deyəcəklər ki “səni çıxaracağıq, sən danışma”... Zərrab isə deyib ki, məni içəridə çox saxlasanız danışacağam” xəbərini göndərib. Onun danışması istənmir. Bir müddət sonra onu çıxaracaqlar. Əvvəl mal varlıqları üzərində tədbiri qaldırdılar” demişdi”. Vəkilin fikrincə, bu ifadələr ən fundamental hüquq qaydalarına, əxlaqa, vicdana açıqca ziddir.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU