Modern.az

Sökülən binadakı ölümə görə şirkət direktoru və ekskovatorçu həbs olundu

Sökülən binadakı ölümə görə şirkət direktoru və ekskovatorçu həbs olundu

6 Fevral 2014, 21:21

Xəbər verildiyi kimi yanvarın 25-də paytaxtın Nərimanov rayonu ərazisində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində iki nəfərin ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdı.

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aparılmış istintaqla söküntü işlərini həyata keçirən “Araz-2011A” MMC-nin direktoru Araz Həsənov və həmin işləri icra edən ekskovatorçu Qamət Məmmədovun “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbul qaydaları” və “Tikintidə təhlükəsizlik texnikası” norma və qaydalarının  tələblərini pozmalarında əsaslı şübhələr olduğu müəyyənləşib. Buna görə də onlar təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Bakı şəhər prokurorluğunda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU