Modern.az

İlham Əliyev və birinci xanım Soçi Olimpiadasına getdi

İlham Əliyev və birinci xanım Soçi Olimpiadasına getdi

6 Fevral 2014, 23:03

Modern.az saytı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarının rəsmi açılışında iştirak etmək üçün fevralın 6-da Rusiya Federasiyasına işgüzar səfərə gedib.

Azərbaycan  Prezidenti İlham Əliyev fevralın 6-da Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Soçidə Litvanın Baş naziri Alqirdas Butkeviçius ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib, bu əlaqələrin yaxşı perspektivlərinin olduğu bildirilib. Ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev fevralın 6-da Soçidə Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani ilə də görüşüb.
Görüşdə iki ölkələr arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğu bildirilib, əlaqələrin dinamik inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı iki ölkə arasında iqtisadi əlaqələrin, xüsusilə ticarət, sərmayə qoyuluşu, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Xatıdladaq ki, Azərbaycan Soçidə  keçiriləcək XXII Qış Olimpiya Oyunlarında 4 idmançı ilə təmsil olunacaq.

Fevralın 7-də başlayacaq Soçi Qış Olimpiya Oyunları fevralın 23-dək davam edəcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU