Modern.az

Soçi olimpiadasının təhlükəsizliyini 70 min təhlükəsizlik əməkdaşı qoruyacaq

Soçi olimpiadasının təhlükəsizliyini 70 min təhlükəsizlik əməkdaşı qoruyacaq

7 Fevral 2014, 01:16

Fevralın 7-də Soçi olimpiadasında ilk kvalifikasiya yarışları başlayacaq. Moskva vaxtı ilə səhər saat 10-da kişi snoubordçularının yarış meydanına çıxacağı gözlənilir.
Xarici KİV-lərin məlumatına görə, yarış ərəfəsində Rusiya hökumət dairələri Olimpiya oyunları zamanı təhlükəsizliyin tam təminatına hazır olduqlarını bildirib. Şəhərə güc strukturlarının 70 min nəfərlik qüvvəsi nəzarət edəcək ki, onların 40 mini polis, 30 mini isə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarıdır.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin jurnalistlərə müsahibəsində yerli əhalinin narazılığına səbəb olan sərt təhlükəsizlik tədbirlərinin zəruri olduğunu bildirib.
Fevralın 5-də olimpiya məşəli Soçi şəhərinə gətirilib.
Xatıdladaq ki, Azərbaycan Soçidə  keçiriləcək XXII Qış Olimpiya Oyunlarında 4 idmançı ilə təmsil olunacaq.

Fevralın 7-də başlayacaq Soçi Qış Olimpiya Oyunları fevralın 23-dək davam edəcək.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU