Modern.az

Milli Ordu daha bir şəhid verdi

Milli Ordu daha bir şəhid verdi

7 Fevral 2014, 10:17

Düşmənin cəbhə bölgəsində təxribatları davam edir. Modern.az saytı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 6-da saat 18.40-da erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.
Nəticədə Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Quliyev Eşqin Firəddin oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə əsgər Quliyev Eşqin Firəddin oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU