Modern.az

Azərbaycanlı jurnalist Türkiyədən deportasiya edilib

Azərbaycanlı jurnalist Türkiyədən deportasiya edilib

7 Fevral 2014, 10:25

Foto: "Today`s Zaman" qəzetinin azərbaycanlı yazarı Türkiyədən deportasiya edilib / Siyasət
"Today`s Zaman" qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalov Türkiyədən deportasiya edilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "İnternethaber" onlayn qəzeti məlumat verib.

Məlumata əsasən, buna səbəb Mahir Zeynalovun hökumət əleyhinə və xüsusən də ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı davamlı ittihamlar etməsi olub.

M.Zeynalov qəzetdə Türkiyə hökumətinin "Əl Qaidə" terror təşkilatı ilə ilə əlaqələri olduğu barədə silsilə məqalələr dərc edib.

Məlumatda qeyd olunur ki, Türkiyə Daxili İşlər Nazirliyinin qərarı ilə M.Zeynalovun ölkəyə girişi də qadağan olunub.



Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU