Modern.az

İranda daha bir partlayış - Ölən və yaralılar var

İranda daha bir partlayış - Ölən və yaralılar var

Dünya

29 Aprel 2025, 20:22

İranın İsfahan vilayətində yerləşən anbarda partlayış olub.

Modern.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Hadisə bu gün saat 10:30-da baş verib. Məlumata görə, partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

Əraziyə xilasedici qruplar, yanğınsöndürən maşınlar və şəxsi heyət cəlb olunub.

Partlayışın səbəbləri barədə hələlik məlumat verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi