Polşanın keçmiş prezidenti Voytsex Yaruzelskinin həyat yoldaşı ərinin xəyanətinə görə 53 illik nikahını pozmaq qərarına gəlib. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, 84 yaşlı Barbara Yaruzelski bunu Polşanın “Super Espreesem” nəşrinə müsahibəsində deyib. Keçmiş birinci ledinin sözlərinə görə, 90 yaşlı əri Yaruzelskinin evində ev işləri ilə məşğul olan 50 yaşlı B. Malqojatoyla intim münasibətdə olub. Sonralara istefada olan general limfomdan müalicə üçün xəstəxanada yatanda həmin qadın onun baxıcısı olub. Xanım Yaruzelskaya ailə ocağının dağılmasını əxlaq qaydalarına zidd hesab edir, amma iddia edir ki, Malqojata onun ərindən əl çəkmir. Barbara Yaruzelskayanın sözlərinə görə, keçmiş prezident artıq boşanmağa razı olmadığı haqda ona xəbərdarlıq edib. Amma Barabara tam qərarlıdır: Əgər ərim bu qadınla əlaqələri dayandırmasa, mən boşanma tələbi ilə məhkəməyə müraciət edəcəyəm”.
Voytsax Yaruzelski 1923-cü il iyulun 6-da anadan olub. İkinci dünya müharibəsi zamanı ailəsi ilə birlikdə Sibirə sürgün edilib. 1943-cü ildə SSRİ ərazisində general Berlinqin ordusuna qoşulub. 1960-cı ildən sonra müxtəlif vəzifələrdə, hətta milli müdafiə naziri postunu da tutub.
1981-ci ildə nazir və Polşa Birləşmiş İşçi Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyib. 1981-ci ildə Polşada hərbi vəziyyət elan edib. 1989-1990-cı illərdə Polşanın prezidenti olub. Barbara və Votsex Yaruzelski 1955-ci ildə tanış olublar, 1960-cı ildə evləniblər. Onların evliliyi nümunəvi hesab olunub. Cütlüyün 51 yaşlı Monika adlı qızları var.
Modern.az