Bu gün Soçinin “Fişt” stadionunda XXII Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək və mərasim Bakı vaxtilə saat 20.14-də başlayacaq. Fevral ayının 23-dək davam edəcək Qış Olimpia Oyunlarını Azərbaycanın İctimai Televiziyası canlı yayımlayacaq. İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə eyni zamanda İTV-nin efirində Olimpiada ilə bağlı xüsusi reportajlar və icmallar da veriləcək.
Azərbaycanın dağ xizəyi və fiqurlu konkisürmə idman növləri üzrə 4 idmançı ilə təmsil olunduğu Olimpiadanın gedişatı zamanı idmançılarımızın iştirak etdiyi yarışlar və onların çıxışları diqqətdə saxlanılacaq.
Modern.az