Modern.az

Ceyhun Bayramov Küveyt Vəliəhdi ilə görüşüb

Ceyhun Bayramov Küveyt Vəliəhdi ilə görüşüb

30 Aprel 2025, 14:40

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Küveytə səfəri çərçivəsində Vəliəhd Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabah ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə Azərbaycanda Küveyt Dövləti arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf istiqamətləri müzakirə olunub.Danışıqlar zamanı müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə diqqət yetirilib.

Tərəflər xüsusilə iqtisadi inkişaf, ticarət, investisiyalar, enerji təhlükəsizliyi və turizm sahələrində mövcud əməkdaşlıq imkanlarından istifadənin zəruriliyini vurğulayıblar.

Müzakirələr zamanı, həmçinin, Birgə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının bu tərəfdaşlığın sonrakı inkişafındakı rolu qeyd edilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vəliəhd Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahı Cənubi Qafqazda vəziyyət, eləcə də postkonflikt dövründə aparılan bərpa işləri və əsasən də Azərbaycanın sülhün bərqərar olunması istiqamətindəki səyləri barədə məlumatlandırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı