“Mehdibəy Səfərovun istefasına təəssüf edirəm. Müəyyən məqamlara görə onu başa düşürəm. Bu barədə danışmaq bir qədər çətindir”.
Bunu Modern.az-a “El” Hərəkatı Ali Məclisinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev hərəkatın sədr müavini Mehdibəy Səfərovun Milli Şuradan istefa verməsinə münasibət bildirərkən deyib. O bildirib ki, Mehdibəy Səfərov “milli-etnik ayrı-seçkiliyə yönəlik çağırışlar edənlərin Koordinasiya Şurasında təmsil olunmasını” deyəndə Hacıbaba Əzimovu nəzərdə tutub.
E.Quliyev özünün Milli Şurada qalıb-qalmamasına da aydınlıq gətirib: “Milli Şuradan getməyi düşünmürəm. Hazırda iki tərəfdə, həm “El”də, həm də Milli Şurada işləmək mənə çətinlik yaratmır. Burada hər kəs fərdi qaydada təmsil olunur. Ona görə də hər kəs siyasi addımlarımını özü müəyyən edir”.
İlkin Pirəli