ABŞ Prezidenti Donald Tramp keçmiş vitse-prezident Kamala Harrisin əri Duqlas Emhoffu işdən çıxarıb
Modern.az bu barədə ABŞ mediasına istinadən xəbər verir.
O, Vaşinqtondakı Holokost Memorial Muzeyinin şura üzvü vəzifəsini tuturdu.
"Bu gün mənə Holokost Memorial Muzeyinin şurasından çıxarıldığım barədə məlumat verilib", - deyə Emhoffu bildirib.
İşdən çıxarılmasına baxmayaraq, o, ictimaiyyətə bu istiqamətdə işini başqa formatlarda davam etdirəcəyini deyib.