Modern.az

Millət vəkili: “Dövlət-din münasibətlərinə yenidən baxılmalıdır”.

Millət vəkili: “Dövlət-din münasibətlərinə yenidən baxılmalıdır”.

Təhsil

7 Fevral 2014, 13:28


“Din-dövlət münasibətlərdə müəyyən tənzimlənmə işləri aparılmalıdır”. Bunu deyən millət vəkili, AMEA-nın Şərqşqnaslıq İnstitunun direktoru Gövhər Baxşəliyevanın sözlərinə görə, din xadimlərinin mədəni səviyyəsi yüksəlməli, onların savadları təkmilləşməlidir:

“Praktikada çox rast gəlmişəm ki, din xadimi heç ərəb dilini bilmir, sadəcə Azərbaycan hərfləri ilə bəzi dini məsəlləri yazıb və onu da səsləndirir. Heç özü də başa düşmür ki, nə danışır, nə deyir. Çünki nə İslam tarixini, nə hədisləri, nə sünnəni bilir, nə də danışıq, nitq mədəniyyəti var ki, xalqa nəyisə inandırıcı tərzdə çatdırsın. Hesab edirm ki, bilik səviyyəsi, dini hazırlığı, ümumi mədəni səviyyəsi aşağı olan insanlar dini fəaliyyətdən uzaqlaşdırılmalıdır. Bu sahə üçün xüsusi təhsil görmüş insanlar yetişdirilməlidir ki, onlar da tədris zamanı Azərbaycançılıq prinsiplərini əsas götürsünlər. Bəzən dinlə bağlı hansısa iş görmək istəyəndə çalışılır ki, bir konfrans, seminar keçirilsin, bununla fəaliyyətlərini məhdudlaşdırılar. Ancaq nəzərə almaq lazımdır ki, belə tədbirlərin geniş kütləyə və məsələlərin həllinə təsiri yetərincə olmur. Bu sahədə müntəzəm, gərgin, ən yüksək səviyyədə təşkil olunmuş iş aparılmalıdır”.

Alim

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU