Modern.az

Leyla Əliyeva Milli Şuranın buraxılmasının tərəfdarıdır

Leyla Əliyeva Milli Şuranın buraxılmasının tərəfdarıdır

Təhsil

7 Fevral 2014, 13:46


“Milli Şuranın əsas müsbət cəhətlərindən biri iki əsas partiyanın orada təmsil olunması idi. Onların ətrafında digər qüvvələr də toplandı. Müsavat Partiyasının Milli Şuranı tərk etməsindən sonra qurum zəiflədi. Yəni, iki partiya yenidən ayrıldılar. Sanki indi Milli Şura bir partiyanın ətrafında birləşən hansısa qüvvələrdən ibarətdir”.

Bunu Modern.az-a açıqlamasında Milli Şuranın üzvü, politoloq Leyla Əliyeva deyib. O, Milli Şurada bir neçə zəif cəhətin olduğunu qeyd edib: “Bu, əvvəlcədən bəlli idi. Seçkiöncəsi birləşmək vacib olduğundan zəif cəhətlər o qədər də özünü göstərmədi. Birincisi, aydınlaşdırılmalı idi ki, Milli Şuraya gələn partiyalar nəyin əsasında gəliblər. Bu prinsip aydın deyildi. İkincisi, orada qərarlar konsensus yolu ilə qəbul olunurdu. Birinci prinsip müəyyən olunmadığna görə ikincisi də zəif oldu. Əsas problem Milli Şuranın seçkidən sonra transformasiya olunmaması idi. Onlar hansısa uyğunlaşma aparaydılar? Milli Şura təşkilat kimi cəlbedici deyilsə, başqa bir qurum yaradılsın. Yəni, birlik məsələsi gündəmdə qalmalıdır. Milli Şurada təmsil olunan şəxslərlə daim məsləhətləşmələr aparılmalı idi. Belə olan halda ümumi qərara gəlmək mümkün idi. İradlarımı Milli Şura rəhbərliyinə çatdırmışdım”.

L.Əliyeva Milli Şurada passiv fəaliyyət göstərdiyini deyib: “Hazırda Milli Şuradakı fəaliyyətim passivdir. Hələ nə baş verdiyini gözləyirəm. Əslində səs-küylü istefanın əleyhinəyəm”.

İlkin PİRƏLİ

 

 

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU