Modern.az

Mərakeş Krallığının Azərbaycandakı səfiri ADU-da

Mərakeş Krallığının Azərbaycandakı səfiri ADU-da

7 Fevral 2014, 14:34

Fevralın 7-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov  Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hamini qəbul edib.

ADU-nun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qonağı salamlayan rektor, Milli Məclisin deputatı, professor Səməd Seyidov onu yenidən ADU-da görməkdən məmnun olduğunu dilə gətirin. Rektor ötən ilin dekabr ayında universitetdə keçirilən “ 18 dekabr - Beynəlxalq Ərəb dili” günü ilə bağlı tədbiri xatırladıb. O, bu tədbirin universitetdə yüksək səıviyyədə təşkil olunduğunu, bu tipli tədbirlərin, elm, təhsil sahəsindəki əməkdaşlığın ərəbdilli ölkələrlə əlaqələrin inkişafına təkan verdiyini deyib.
Rektor, professor Səməd Seyidov universitetdə  Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Ərəbşünaslıq ixtisasında ərəb dilinin tədris olunduğunu bildirib.

Səmimi qəbula görə təşəkkür edən Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hami  ölkələrimiz arasındakı qarşılıqlı əlaqələrdən danışıb. Səfir universitet tələbələrinin ərəb dilinə marağını təqdirəlayiq hesab etdiyini vurğulayıb. Görüşdə, eyni zamanda, gələcək əməkdaşlıq perspektivləri, universitetlərarası əlaqələrin inkişaf etdirilməsi, tələbə-müəllim mübadiləsi haqqında fikir mübadiləsi aparılıb.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU