Modern.az

Anar Nəcəfli: “7 ildir işlədiyim “Xəzər” TV-dən ayrılıram”

Anar Nəcəfli: “7 ildir işlədiyim “Xəzər” TV-dən ayrılıram”

Media

7 Fevral 2014, 14:42


“Xəzər” televiziyasının xəbərlər proqramının əsas buraxılışının aparıcısı Anar Nəcəfli bu telekanaldakı işinə son verib. Modern.az-ın məlumatına görə, bu barədə telejurnalistin özü xəbər verib:

“Müəyyən səbəblərə görə, 7 ildir işlədiyim “Xəzər” TV-dən ayrılıram. Bu gün “Xəzər-Xəbər”də  sonuncu efirim olacaq”-deyə A.Nəcəfli bildirib.

O, telekanaldan ayrılmağının səbibi barədə bildirib ki, işdən kiminləsə hər hansı bir münaqişəyə görə çıxmır.

"Sadəcə olaraq bir az istirahət etmək qərarına gəldim. Bundan sonrasına isə baxarıq...".

Qeyd edək ki, Anar Nəcəfli son illər "Xəzər-Xəbər"in simasına çevrilmişdi...

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi