Modern.az

Sumqayıtda dəhşətli OLAY - 23 yaşlı oğlan 3 dayısını diri-diri yandırıb

Sumqayıtda dəhşətli OLAY - 23 yaşlı oğlan 3 dayısını diri-diri yandırıb

7 Fevral 2014, 15:35

Sumqayıtda dəhşətli qətl törədilib. Sumqayıt Şəhər Polis İdarəsindən APA -ya verilən məlumata görə, hadisə gecə saatlarında Corat bağlarında qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Füzuli oğlu Abbasov dayıları – 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı Mirzəyevin olduğu bağ evinin qapılarını bağlayaraq od vurub.

Nəticədə onların üçü də tüstüdən boğularaq ölüb.  

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb. 

***

Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisənin baş verməsinə 23 yaşlı Əsgəralı Abbasovun dayıları arasında şəxsi münasibətlər zəminində baş verən münaqişə səbəb olub.

Polis tərəfindən saxlanılan Ə. Abbasov ilkin ifadəsində qeyd edib ki, dayıları tərəfindən tez-tez təhqir olunurmuş. O, hadisə baş verməzdən əvvəl də dayıları tərəfindən təhqir edildiyini, anasının və atasının ünvanına nalayiq ifadələr səsləndirildiyini qeyd edib. Təhqirlərə dözə bilməyən Ə. Abbasov dayılarını öldürməyə qərar verdiyini açıqlayıb.

Prokurorluqdan həmçinin bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq hərəkətləri davam etdirilir.

Məlumata görə, hadisə baş verən zaman hadisəni törədən və ölən şəxslər sərxoş olublar. Onlar bir yerdə yeyib içdikdən sonra aralarında mübahisə düşüb.

23 yaşlı Ə. Abbasov da dayılarının sərxoş olmasından istifadə edərək onların olduğu otaqdakı yorğan-döşəyə od vurub və otağın qapısını bağlayıb. Nəticədə hər üç şəxs tüstüdən boğularaq ölüb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU