Türkiyə Cümhiriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu iştirak etdiyi bir beynəlxalq simpoziumda Rəcəb Tayyib Ərdoğan hökuməti haqqında çox sərt fikirlər səsləndirib. Modern. az saytı Türkiyə KİV-nə istinadən Kılıçdaroğlunun çıxışından bəzi hissələri təqdim edir:
- Media xalqın mənfəətlərini müdafiə edər. Hörmətli baş nazirin bəyənmədiyi bir tweet üçün jurnalist xaricə göndərirsə, burada senzura var. Problem belə həll edilməz.
- Belə demokratiya olmaz: “İş adamlarına tender verəcəyəm. Özümə uyğun bir media meydana gətirəcəyəm”
- Dünənə qədər bir “diktatordan bəhs edirdik. İndi “saxtakar bir diktatordan bəhs edirik. İndi saxtakar diktatordan danışırıq. Anketlərə müdaxilə edir. Mən saxtakar diktatorun ölkəni idarə etməsini istəmirəm.
- Dövlət başçısı Konstitusiyaya sədaqət andı içmişdir. O gərəyini etmək məcburiyyətindədir. Mən demokratiyanı, azadlığı müdafiə edirəm deməlidir. Bir baş nazirin “mən məhdudlaşdırma gətirəcəyəm, televiziya kanallarına müdaxilə edəcəyəm” deməsi yolverilməzdir.
- Prokurorlar birlikdə hərəkət etməli. Sui-istifadə yalnız məni maraqlandırmır. Ölkənin müstəqilliyə və demokratiyaya ehtiyacı var. Bunu birlikdə təmin edə bilərik.
Modern.az