Modern.az

Nazirlik dərslərin sentyabrın 1-də başlayacağı barədə xəbərə aydınlıq gətirdi

Nazirlik dərslərin sentyabrın 1-də başlayacağı barədə xəbərə aydınlıq gətirdi

Təhsil

7 Fevral 2014, 16:06


Azərbaycan Təhsil Nazirliyi gələn tədris ilindən orta məktəblərdə dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ümumtəhsil məktəblərində növbəti dərs ilindən dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə yayılan məlumatlar əsassızdır.

Bununla belə, 2014-2015-ci dərs ilindən məktəblərdə tədris ilinin müddətinin 3 həftə uzadılması nəzərdə tutulur. Bununla əlaqədar təşkilati tədbirlərin görülməsi planlaşdırılır.


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU