Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş əmək haqlarının işçilərə ödənilməsi təmin edilib. Bu barədə Modern.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirlib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti ötən il əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti, eləcə də vətəndaşların müraciətlərinin araşdırılması nəticəsində işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 634 917 manat məbləğində sosial xarakterli ödəmələrin ödətdirilməsini təmin edib. Həmin vəsaitlərdən 589 853 manatını əmək haqları, 28 952 manatını zərərə görə ödənclər, 16 112 manatını sosial müavinət və kompensasiyalar təşkil edib.
Qeyd edək ki, həmin dövrdə əmək qanunvericiliyinin tələbləri pozulmaqla əmək müqaviləsinə xitam verilmiş 31 nəfərin öz əvvəlki işinə bərpa etdirilməsi təmin olunub.
Modern.az