2013-cü il dekabrın 17-də keçirilən “böyük rüşvət” əməliyyatından sonra başlayan iqtidar-camaat çəkişməsi Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından daha bir bir millət vəkilinin istefa verməsinə səbəb olub. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, bu dəqiqələrdə mətbuat konfransı keçirən İzmirdən olan millət vəkili İlham İşbilən AKP-dən getdiyini bəyan edib.
Qeyd edək ki, 17 dekabr əməliyyatından sonra hakim partiyadakı siyasi dalğalanma nəticəsində
AKP-dən ilk istefa edənlərdən biri İstanbul millət vəkili Hakan Şükür olub. Kütahya millət vəkili İdris Bal, keçmiş mədəniyyət və turizm naziri Ərtoğrul Günay, Ankara millət vəkili Haluk Özdalga, İzmir millət vəkili Ərdal Qalxan, keçmiş daxili işlər naziri İdris Naim Şahin, Burdur millət vəkili Himayəçi İldırım da istefa veriblər.
Keçən həftənin cümə günü isə son istefa verən İstanbul millət vəkili Məhəmməd Çətin olub.
Modern.az