Modern.az

Avropa Parlamenti Talış separatçıları ilə birgə Qarabağ KONFRANSI keçirir - ÖZƏL

Avropa Parlamenti Talış separatçıları ilə birgə Qarabağ KONFRANSI keçirir - ÖZƏL

Təhsil

7 Fevral 2014, 18:53

Avropa Parlamentinin binasında təmsil olunmayan xalqların və millətlərin təşkilatı  Azərbaycandakı azsaylı xalqların təmsilçisi olduğunu idda edən Milli Talış Hərəkatının iştirakı ilə “Minsk Qrupuna alternativlər axtarışı: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda konfrans keçiriləcək.
Bu barədə məlumat Modern.az-a diplomatik mənbələrdən daxil olub. Fevralın 19-da Avropa Parlamentinin binasında keçirləcək toplantıya Avropada məskunlaşmış separatçı dairələrin nümayəndələri və özünü Azərbaycan müxalifətinin nümayəndələri adlandıran bəzi şəxslər dəvət edilib.

Toplantının adı  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olsa da, ora Azərbaycanda yaşayan azsaylı xalqlardan yalnız birinin dəvət olunması ciddi suallar doğurur.

Xatırladaq ki, 2013-cü ilin sonlarında Avropa Parlamentində buna oxşar müzakirələr aparılıb. O zaman keçirilməsi nəzərdə tutulan tədbirə dəvət almış azsaylı xalqların təmsilçiliyinə iddialı bəzi şəxslər Azərbaycan əleyhinə bəyanatlar səsləndirib və etnik bölücülük xarakterli çıxışlar etmişdilər. Yalnız Azərbaycan Milli Məclsinin deputatlarının müdaxiləsi sayəsində toplantı  baş tutmamışdı.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU