Modern.az

“Bəzi müxalifət rəhbərləri də Avropa Parlamentindəki Qarabağ müzakirəsinə dəvət olunub” - AÇIQLAMA

“Bəzi müxalifət rəhbərləri də Avropa Parlamentindəki Qarabağ müzakirəsinə dəvət olunub” - AÇIQLAMA

Təhsil

7 Fevral 2014, 22:26

Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini Fuad Muradov Brüsseldə, Avropa Parlamentinin binasında Təmsil Olunmayan xalqların və millətlərin Təşkilatı tərəfindən separatçı qurumların iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələrin keçirlməsinə münasibətini açıqlayıb.

“Sizin və digər həmkarlarınızın səyi ilə ötən il Avropa Parlamentində keçirilmiş belə separatçı konfrans baş tutmadı. Yenidən bu yöndə cəhdələr nəyin təzahürüdür?” sualını cavablandıran deputat bunun “Azərbaycana qarşı hazırlanmış xüsusi tədbirlərdən biri” olduğunu bildirib.

“Avropa Parlamentinin binasında Dağlıq Qarabağla bağlı belə bir toplanıtının keçirilicəyindən xəbərim var. Bu konfrans Azərbaycana qarşı xüsusi hazırlanmış mütəmadi olaraq aparılan tədbirlərdən biridir. Ötən il də Azərbaycanda prezident seçkiləri ərəfəsində analoji tədbir keçirilib. Həmin tədbirdə də Azərbaycanın unitar dövlət quruluşuna zidd, parçalanmasına yönəlik çıxışlar əsas təşkil edirdi. Müxtəlif milli azlıqarın adından danışan insanlar o toplantıya qatılmışdı. Ötən il bəhanə kimi prezident seçkilərini mövzu olaraq seçmişdilər. Bu il də Dağlıq Qarabağ məsələsini müzakirə etmək istəyirlər”.

Deputat konfransda iştirak üçün dəvət olunmuş şəxslər arasında bədnam separatçı lider Ələkrəm Hümmətovun da olduğunu deyib. “Məndə olan informasiyaya görə, talış separatçılarının lideri Ələkrəm Hümmətovu da Avropa Parlamentində keçiriləcək bu konfransa çağırmaq niyyətləri var. Təşkilatçılar Azərbaycandakı bəzi müxalifət partiyalarının rəhbərlərini də bu tədbirə çağırmaq fikrindədirlər”-deyə F.Muradov qeyd edib.

Deputatın sözlərinə görə, tədbirin adı Qarabağla bağlı olsa da orada səslənəcək çıxışlarda bu münaqişə ilə bağlı məsələ salınmayıb.
”Məqsəd Azərbaycanı parçalmaq, ölkəmiz haqqında Avropa Parlamentinin binasında şaiyələr, böhtanlar səsləndirməkdir”.

F. Muradov vurğulayıb ki, adışəkilən tədbirin Macarıstanın Avropa Parlamentində olan deputatlarının birinin təşəbbüsü ilə keçirləcəyi barədə informasiya var.

X.Səfəroğlu

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU