Modern.az

Bakıda 8 bıçaq yarası alan kişi öldü - Şübhəli oğludur

Bakıda 8 bıçaq yarası alan kişi öldü - Şübhəli oğludur

Hadisə

3 May 2025, 21:10

Bakıda qətl hadisəsi baş verib.

 

Modern.az “Oxu.Az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Rahib Tağıyev küçəsi, ev 20 ünvanında qeydə alınıb.

 

İddiaya görə, 1992-ci il təvəllüdlü Murad Əmirov atası Nizami Əmirovla mübahisə etdikdən sonra ona səkkiz bıçaq zərbəsi endirib.

 

N.Əmirov aldığı zərbələrdən həyatını itirib.

 

M.Əmirov isə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu