Modern.az

CHP sədrinə yumruqla hücum - VİDEO

CHP sədrinə yumruqla hücum - VİDEO

Dünya

4 May 2025, 14:20

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelə Türkiyə Böyük Millət Məclisinin (TBMM) qrup başqan vəkili və DEM Partiyasının millət vəkili Sırrı Süreyya Öndərin cənazə mərasimindən sonra hücum edilib.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstanbulda Atatürk Mədəniyyət Mərkəzində baş verib.

 

Hücum edən şəxsin Selçuk Tenginoğlu adlı şəxs olduğu müəyyən edilib və dərhal saxlanılıb. İstanbul Baş Prokurorluğu hücumla bağlı araşdırmanın davam etdiyini bildirib.

 

Daxili işlər naziri Ali Yerlikaya isə hadisə ilə bağlı: “Hücum cəhdini qətiyyətlə qınayır və cəmiyyətin sülhünü pozmaq istəyən hər kəsin hüquq qarşısında cavab verəcəyini bildirirəm”, - deyə açıqlama verib.

 

Qeyd edək ki, Özgür Özelin səhhətində ciddi problem yoxdur.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər