Modern.az

Xaçmazda maşın aşdı - 4 YARALI

Xaçmazda maşın aşdı - 4 YARALI

4 May 2025, 20:45

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonu, Yaquboba kəndi ərazisindən keçən hissəsində "Daewoo Nexia" markalı avtomobil aşıb. Qəza nəticəsində 4 nəfər Xaçmaz rayonu Yalama kənd sakinləri ağır xəsarətlər alıblar. Onlardan biri azyaşlıdır.

 

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda onlara tibbi yardım göstərilir.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?