“İspaniya Parlamentində Xocalı soyqırımı ilə bağlı sənədin qəbul olunması nəzərdə tutulur.” bunu Bakıda səfərdə olan İspaniya parlament nümayəndə heyətinin rəhbəri, İspaniya Xalq Partiyasının Valensiya üzrə deputatı, Xarici işlər üzrə komissiyanın təmsilçisi Xose Maria Çikiyo bu gün Milli Məclisdə keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, Bakıda olduğu müddətdə arici işlər naziri Elmar Məmmədyarovla görüş zamanı indiyə qədər işğal olunmuş Qarabağ, Xocalı faciəsi ilə bağlı bir sıra ölkələrdə qəbul olunmuş müvafiq sənədlər əldə olunub və o sənədlərlə tanış olacaqlar: “Bundan sonra biz ölkəmizə qayıdan kimi parlamentdə Azərbaycanın işğal olunmuş torpaqları, Xocalı soyqırımı ilə bağlı eyni sənədlərin qəbul olunması üçün işə başlayacayıq. Əminəm ki, İspan Krallığı qardaş Azərbaycanın haqq səsinin tanınması üçün bu sənədlərin qəbulu ilə bağlı lazımı dəstəyi göstərəcək və biz də eyni sənədləri qəbul edə biləcəyik”. İspan deputat deyib ki, bütün sahələrdə olduğu kimi Dağlıq Qarabağ məsələsində də Azərbaycanla hər cür əməkdaşlığa və yardıma hazırdır: “Bununla bağlı BMT – nin 4 qətnaməsi var və 20 ildir ki, bu qətnamələrə əməl olunmur. Biz İspan dövləti olaraq bu qətnamənin əməl olunması üçün əlimizdən nə gəlirsə onu edəcəyik.”
Deputat qeyd edib ki, “İspaniya dövləti Azərbaycana əlindən gələn bütün köməkliyi edəcək. O bildirib ki, Azərbaycanda olduqları 3 gün müddətində rellıqlarla tanış olublar. “2012-ci ilin noyabr ayında Madriddə Azərbaycan günləri keçirildi. O zaman işçi qrupununn rəhbəri Elxan Süleymanov idi. O Azərbaycanın siyasi və sosial vəziyyəti barəsində bizə ətraflı məlumat verdi. Məhz bu məlumatdan sonra biz Azərbaycanın reallığını öyrənə bildik. O gündən etibarən Azərbaycanın haqqında konkret olaraq bir fikirimiz oldu. Biz başa düşdük ki, Azərbaycan doğurdan da İspaniyaya dost ölkədir. Azərbaycan Avropaya intrqrasiya olmuş ölkədir, regionun liderdir. Bütün etidiklərimizi bu üç gün müddətində gördük”.
Modern.az