Modern.az

Binəqədinin icra başçı nöqsanlara yol verən işçilərini cəzalandırıb

Binəqədinin icra başçı nöqsanlara yol verən işçilərini cəzalandırıb

Təhsil

8 Fevral 2014, 15:11

2013-cü ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında etik davranış məsələlərinı ciddi diqqət yetirilib.
Modern.az-ın xəbərinə görə, bu barədə Binəqədi Rayon İcra Hakimiyyətinin saytında məlumat verilib.
Bildirilib ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 21-ci maddəsinə əsaslanaraq, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında bir sıra işlər görülüb. Belə ki, yuxarıda adı çəkilən qanuna uyğun olaraq, rayon İcra Hakimiyyətinin daxili davranış və nizam-intizam Qaydaları işlənib hazırlanıb və Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun əmri ilə təsdiq edilib.

Eyni zamanda Rayon İcra Hakimiyyətinin başçısı Aparatında dövlət qulluqçularının xidməti davranışlarının qanunvericiliklə müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət edən və onun təhlilini aparan məsul şəxs – etik müvəkkil müəyyənləşdirilib.

Rayon İcra Hakimiyyəti başçısı Aparatının etik müvəkkili Ramiz Göyüşovdur.
Məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında 21 nəfər dövlət qulluqçusuna növbəti ixtisas dərəcələri verilib, və bəzi əməkdaşlra mükafatlandırılıb.

Ötən il ərzində Rayon İcra Hakimiyyəti başçısı Aparatında çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulmasına görə 19 şikayət daxil olub, müraciətləri araşdıran zaman həmin şikayətlərin əsassız olduğu müəyyən edilib.

Bununla yanaşı, etik davranış qaydalarını pozduğuna görə Aparatın Rayon təsərrüfatı şöbəsinin aparıcı məsləhətçisi Elşad Rəhimova, həmçinin həmin şöbənin böyük məsləhətçisi-memarı Hacıbaba Əkbərova, Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş mühasibi Şəhriyar Mövsümova töhmət elan edilib, öz vəzifə səlahiyyətlərinin icrası zamanı nöqsanlara yol verdiklərinə görə isə Aparatın 5 əməkdaşına töhmət elan edilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU